Azad olunan ərazilərdə daha 30 mina aşkarlanıb

Azad olunan ərazilərdə daha 30 mina aşkarlanıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan verilən məlumata görə, oktyabrın 4-dən 9-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 28, tank əleyhinə 2 mina və 35 ədəd partlamamış hərbi sursat aşkarlanıb.

Nəticədə 18.9 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Azad olunan ərazilərdə daha 30 mina aşkarlanıb



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
414 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...