Səhiyyə nazirinin müavinindən əhaliyə MÜRACİƏT

Səhiyyə nazirinin müavinindən əhaliyə

“Azərbaycana yeni növ vaksin gətirilməsi gözlənilmir. Ölkədə hələlik dörd növ vaksin istifadə olunur ki, bu da kifayətdir”.

APA-nın məlumatına görə, bunu səhiyyə nazirinin müavini Viktor Qasımov deyib. Nazir müavini bildirib ki, əhali üçün müxtəlif çeşiddə peyvəndlər təqdim olunur: “Hesab edirəm ki, hələlik yeni növ peyvəndlərin gətirilməsinə ehtiyac yoxdur. Çünki əhali istifadə olunan vaksinləri məmnuniyyətlə qəbul edir”.

O, əlavə olaraq qeyd edib ki, Azərbaycanda 3 milyona yaxın vaksin ehtiyatı var. Əhalinin vaksinasiyası üçün kifayət qədər peyvənd məntəqəsi yaradılıb, kifayət qədər tibb işçisi cəlb olunub:

“Əhaliyə bir daha müraciət edirəm ki, peyvənd olunsunlar. Peyvənd əhali üçündür”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
372 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...