Pomidor “cib yandırır”:Rusiya qadağa qoyub, Azərbaycanda isə 3 manata satılır-NİYƏ?

Pomidor “cib yandırır”:Rusiya qadağa qoyub,

Azərbyacandan Rusiyaya 2021-c ilin yanvar-sentyabr aylarında 119 min 138 ton pomidor ixrac olunub. İxrac olunan pomidorun dəyəri 128 milyon 242 min dollardır.

Bundan başqa, bu ilin yanvar-iyul aylarında 128 milyon 161 min dollar dəyərində 119 min 40 ton, yanvar-avqust aylarında isə 128 milyon 212 min dollar dəyərində 119 min 104 ton pomidor ixrac olunub.

Rəqəmlərdən də göründüyü kimi, avqust ayında Azərbaycandan Rusiyaya ixrac olunan 64 ton pomidorun dəyəri 51 min dollar təşkil edib. Azalan göstərici sentyabrda da davam edib. Belə ki, sentyabrda cəmi 30 min dollar dəyərində 34 ton pomidor ixrac edilib.

Dövlət Gömrük Komitəsinin statistikasına nəzər saldıqda görürük ki, keçən ilin 9 ayında Azərbaycanda 167 milyon 802 min dollar dəyərində 154 min 980 ton pomidor ixrac olunub.

Azərbaycandan Rusiyaya pomidor ixracı iki aydır azalıb. Ekspertlər bu azalmanın bu ay da, növbəti aylarda da davam edəcəyini bildirirlər. Belə olduqda niyə ölkə bazarlarında pomidorun qiyməti 2.5-3 manatdan aşağı düşmür?

Mövzu ilə bağlı Cebhe.info-ya danışan iqtisadçı-ekspert Akif Nəsirli hazırda pomidorun bol olmadığını bildirib:


“Pomidorun açıq sahələrdə istehsalı, əkilməsi, məhsul verməsi sona çatıb. Pomidor açıq sahələrdən tamamilə yığışıb. Hazırda bizim bazarlarda olan pomidorların hamısı, demək olar ki, istixanalarda yetişdirilən pomidorlardır.

Artıq bostanların sonudur. Hazırda Rusiya bazarlarına az da olsa, pomidor ixrac edilir. Yəni, avqust, sentyabr ayına nisbətən indi daha çox ixrac edirik.

Bununla yanaşı, pomidorun istehsalı mövsümü olaraq başa çatıb. Əsas səbəb pomidor istehsalının azalmasındadır”.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
129 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...