AZAL Belarus şirkətindən bilet alıb baha qiymətə satır? – AÇIQLAMA

AZAL Belarus şirkətindən bilet alıb baha qiymətə satır? –
Azərbaycan Hava Yollarının (AZAL) Belarusun “Belavia” aviaşirkətindən aldığı biletləri öz qiymətdən 25 faiz daha baha satması ilə bağlı iddialar yayılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Faiq Məmmədov adlı feysbuk istifadəçisi öz profilində paylaşım edib.


O iddia edir ki, AZAL bütün biletləri alıb baha qiymətə satır:

“Bakı-Minsk-Bakı istiqamətində sadəcə Belarusun “Belavia” havayolu uçur. AZAL özü uçuşlar həyata keçirmir. Biletləri isə hər ikisi satır. Guya birgə uçuşdur. Əslində isə “Belavia”da bilet yoxdur. Bütün biletləri AZAL alıb baha qiymətə satır”.

F. Məmmədov bildirir ki, AZAL bütün “econom class” biletləri alıb, üstünə də 107 AZN qoyur, yəni 25% baha satır:

“Saytlara baxırsan, “Belavia”nın konkret “econom class” Bakı-Minsk-Bakı reysləri 428 AZN, AZAL-da isə həmin gediş-gəliş 535 AZN-dir. Problem də odur ki, “Belavia”da bilet olmur. Sadəcə “business class” olur. Yəni, AZAL bütün “econom class” biletləri alıb, üstünə də 107 AZN, yəni 25% qoyub satır. Tək istiqamətdə isə 55 azn artığına satır. Nəzərə alsaq ki, AZAL biletləri “Belavia”dan endirimli alır, deməli xeyiri 25%-dən daha çoxdur”.

Məsələ ilə bağlı AZAL-ın rəsmisi Paşa Kəsəmənski Yeniavaz.com-a bildirib ki, “Belavia” aviaşirkətinin Minsk-Bakı-Minsk marşrutu üzrə yerinə yetirilən reyslərində AZAL ilə kod-şerinq sazişi qüvvədədir:

“Bu təcrübə müasir mülki aviasiyada geniş yayılmışdır. Sazişə əsasən, marşrut xətti üzrə istismarçı Belarus aviaşirkəti, onun marketinq tərəfdaşı isə “Azərbaycan Hava Yolları” aviaşirkətidir.

Sosial şəbəkələrdə Belarus aviadaşıyıcısı tərəfindən yalnız biznes-sinif biletlərinin satışının həyata keçirilməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil. Yoxlama zamanı müəyyən edilmişdir ki, həmin reysə ekonom-sinif biletlərinin açıq satışı həm “Belavia” aviaşirkətinin, həm də onun kod-şerinq sazişi üzrə tərəfdaşı olan AZAL aviaşirkətinin rəsmi saytlarında təqdim olunur.

O həmçinin bildirib ki, “Azərbaycan Hava Yolları” uçuş xəritəsinin genişləndirilməsi məqsədilə digər aviaşirkətlərlə də əməkdaşlıq edir:

“Belə ki, kod-şerinq sazişləri çərçivəsində xarici daşıyıcılar öz nömrələri ilə və tarif siyasətinə uyğun olaraq həmçinin AZAL aviaşirkətinin reyslərinə aviabiletlərin satışını həyata keçirirlər. Aviabiletin hansı aviaşirkətdən əldə edilməsindən asılı olmayaraq, aviabiletlərin satışı daşıyıcı aviaşirkətin nəzarəti altında həyata keçirilir. Şirkət həmçinin baqaja, təyyarədə xidmət göstərilməsinə və ya uçuşun gecikməsinə görə məsuliyyət daşıyır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
587 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...