“Tofiq Yaqublu özünü maşına vuraraq xəsarətlər yetirib” - Prokurorluqdan açıqlama

“Tofiq Yaqublu özünü maşına vuraraq xəsarətlər yetirib” -

Xəbər verdiyimiz kimi, ötən il dekabrın 1-də Səbail rayonunda keçirilən aksiyada saxlanılan Milli Şuranın üzvü Tofiq Yaqubluya fiziki təzyiq göstərilməsi ilə bağlı prokurorluq araşdırma aparıb və cinayət işinin başlanılmasının rədd edilməsinə qərar verib. T.Yaqublu bununla bağlı paylaşım edərək qərardan hissələrin fotolarını yayımlayıb. Həmin hissələrdə Tofiq Yaqublunun özünün özünə xəsarət yetirdiyi yazılıb.

Gundeminfo.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən “qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, Bakı şəhəri Suraxanı rayon sakini Yaqublu Tofiq Rəşid oğlunun polis əməkdaşları tərəfindən döyülərək fiziki zorakılığa və mənəvi təzyiqlərə məruz qalmasına dair nümayəndəsi, Vəkillər Kollegiyasının üzvü Nemət Kərimlinin müraciəti əsasında Səbail rayon prokurorluğunda araşdırma aparılıb: “Müəyyən edilib ki, Yaqublu Tofiq Rəşid oğlu 2021-ci il dekabr ayının 1-də saat 15 radələrində Səbail rayonu ərazisində karantin rejimi qaydalarını pozan hüquqazidd hərəkətlərinə görə onu polis bölməsinə dəvət etmək məcburiyyətində qalmış polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq, polis bölməsinə aparılarkən özünü maşının müxtəlif hissələrinə, eləcə də bölmədə olarkən ayrı-ayrı yerlərə vuraraq özünə xəsarətlər yetirib.

Bütün mümkün sübutetmə vasitələrindən istifadə olunmaqla şikayət ərizəsində qeyd olunan xüsusatlar tam və hərtərəfli araşdırılıb, polis əməkdaşları tərəfindən Yaqublu Tofiq Rəşid oğluna fiziki və psixi zorakılıqların göstərilməsi faktları müəyyən olunmayıb.

Toplanmış sübutların həcmi cinayət işinin başlanması üçün əsasların olmadığı nəticəsini formalaşdırdığından material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilib.

Qərar barədə Yaqublu Tofiq Rəşid oğlu və nümayəndəsi cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq qaydada məlumatlandırılmaqla, ondan yuxarı prokurora və məhkəməyə şikayət etmək hüququ izah olunub”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
427 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...