Antiinflyasiya tədbirləri hazırlayan İşçi qrup işə başlayıb

Antiinflyasiya tədbirləri hazırlayan İşçi qrup işə başlayıb
Antiinflyasiya tədbirləri hazırlayan İşçi qrup işə başlayıb.

Bu barədə "Report"a Nazirlər Kabinetindən məlumat verilib.

Qeyd olunub ki, Baş nazir Əli Əsədovun sədrliyi ilə yanvarın 18-də keçirilən iclasda müvafiq qurumlara “Antiinflyasiya tədbirlərinin gücləndirlməsinə dair” Tədbirlər Planının hazırlanması tapşırılmışdı.

Artıq müvafiq qurumların nümayəndələrindən ibarət İşçi qrup yaradılıb və ilk iclası keçirilib.

İşçi qrupun təqribən iki həftə ərzində Tədbirlər Planının ilkin layihəsini hökumətə təqdim edəcəyi gözlənilir.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
327 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...