Abşeron rayonunda silsilə tədbirlər keçirilib

Abşeron rayonunda silsilə tədbirlər keçirilib


Abşeron rayonunun Xırdalan şəhərindəki Şəhidlər Xiyabanında yeni inşa olunan “İbadət otağı” şəhid ailələrinin istifadəsinə verilmişdir. Qeyd edək ki, bir müddət öncə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev şəhid ailələri ilə birgə Şəhidlər Xiyabanını ziyarət etmiş, vətənimizin bütövlüyü uğrunda canınından keçmiş bütün igidlərimizin əziz xatirəsi yad edilmiş və ruhlarına dualar oxunmuşdur. Ziyarət zamanı şəhid ailələri tərəfindən Şəhidlər Xiyabanında ibadət etmək, şahidlərin doğum günlərində toplaşmaq, namaz qılmaq, dualar etmək, şəhid ailələrinin istidə gündən, yağışlı havada yağışdan qorunması üçün “İbadət otağı”nın tikilməsi məsələsi qaldırılmış və bu istiqamətdə köməkliyin göstərilməsi xahiş olunmuşdur. Bundan sonra rayonun Abadlıq və Kommunal Xidmətlər İdarəsinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilərək atılacaq addımlar müəyyənləşdirilmiş, Şəhidlər Xiyabanının qarşısında yer ayrılmış və bundan sonra tikinti işlərinə başlanılmışdır.
İcra başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri və şəhid ailələri ilə birgə yeni inşa olunan “İbadət otağı”na baxış keçirmiş, burada yaradılan şəraitlə tanış olmuşlar. İcra başçısı şəhid ailələrinin qayğıları və problemləri ilə maraqlanmışdır.
Şəhid ailələri yaradılan şəraitdən tam razı qaldıqlarını bildirərək dövlət tərəfindən onlara daima diqqət və qayğının göstərildiyini və buna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.

***
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin operativ həlli ilə bağlı göstərişlərinə uyğun olaraq respublikanın hər bölgəsində olduğu kimi Abşeron rayonunda silsilə vətəndaş qəbulları keçirilmişdir. Novxanı kəndində baş tutan növbəti səyyar-qəbulda Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri, qazilər və qəsəbə sakinləri iştirak etmişdir.
Səyyar qəbulda çıxış edən Abdin Fərzəliyev Abşeronda həyata keçirilən sosial infrastruktur layihələrdən danışaraq rayon ərazisində olan problemlərin araşdırıldığnı qeyd etmişdir. Bir sıra məsələlərin rayonun bütün kənd və qəsəbələrində müşahidə olunduğu və onların həlli istiqamətində layihələrin hazırlandığı vurğulanmışdır.
Daha sonra çıxış edən sakinlər Novxanı kəndinin tarixi, memarlığı nəzərə alınaraq böyük layihələrin, genişmiqyaslı quruculuq-abadlıq işlərinin həyata keçirildiyini qeyd edərək buna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını ifadə etmişlər. Sakinlər kənd ərazisində 2 işıqforun quraşdırılmasında, marşrut avtobuslarınb sayının artırılmasında və avtobuslararası intervalının azaldılmasında, yeni iş yerlərinin açılmasında və digər məsələlərin həllində köməklik göstərilməsini xahiş etmişlər.
Növbəti gün isə Abşeron Rayon İcra Hakimiyyətinin inzibati binasında ənənəvi vətəndaş qəbulu keçirilmişdir. Qəbulda RİH başçısı Abdin Fərzəliyev, şəhid ailələri, qazilər və rayon sakinləri iştirak etmişdir.
Sakinlər rayon işlə təmin olunmaqda, şəhidlərin xatirəsinə abidə bulaqlarının tikilməsində köməklik göstərilməsini xahiş etmişlər.
RİH başçısı qeyd etmişdir ki, Abşeron rayonunda yaşıllıq zolağının salınması istiqamətində iş aparılır. Burada hər şəhidin adına ağac əkiləcək və həmin şəhid haqqında məlumatları özündə əks etdirən lövhə asılacaq. Bundan əlavə, şəhidlərin adlarının əbədiləşdirmək, anım və bayram tədbirlərini bir mərkəzdə keçirmək məqsədi ilə Xırdalan şəhərində böyük Xatirə Anım Kompleksi inşa olunacaq. Artıq bununla bağlı layihə hazırlanıb və yaxın zamanlarda işlərə başlanılması nəzərdə tutulmuşdur.
Qəbullarda sakinlər tərəfindən qaldırılan məsələlər yerindəcə həll olunmuş, müəyyən vaxt tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilmişdir.

Abşeron rayonunda silsilə tədbirlər keçirilib
Abşeron rayonunda silsilə tədbirlər keçirilib

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1220 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...