Sumqayıtda yeni tikili şəhər sakinlərini təşvişə saldı - VİDEO

Sumqayıtda yeni tikili şəhər sakinlərini təşvişə saldı -

Sumqayıtın 21-ci məhəllə ərazisində tikilən çoxmərtəbəli bina ətrafda yaşayan sakinlərin ciddi narazılığına səbəb olub.

Sakinlər iddia edirlər ki, heç bir təhlükəsizlik qaydasına əməl olunmur. Onlar təhlükəsiz yaşama hüquqlarının pozulmasından, mülkiyyətlərinə və həyatlarına dəyən zərərdən narahatdırlar.

Bundan əlavə, binada tikinti ərazisində quraşdırılan yükqaldırıcı kran və onun ətrafında təhlükəsizlik tədbirlərinin görülməməsi, tikintinin əhalinin sıx yaşadığı ərazidə aparılması, güclü külək zamanı ətrafa səpələnəcək tikinti materiallarının küçədə hərəkət edən avtomobillərin, piyadaların da üzərinə düşməsi üçün mühafizə zolağının olmaması həyati təhlükə yaradır.

İş icraçısı Vahid Hüseynov bütün qaydalara riayət olunduğunu desə də, ərazidə hər-hansı təhlükəsizlik hasarı, yaxud maarifləndirici lövhə gözə dəymir. Mövcud vəziyyətlə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətindən də bildirilib ki, həmin ərazidə çoxmənzilli yaşayış kompleksinin tikintisi üçün bütün lazımi icazələr verilib.

Ərazidəki durumla bağlı təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev qeyd edib ki, ilk növbədə tikinti sahəsinin ərazisi kənar şəxslərin girişi və tikinti gedən ərazinin yaxınlığından keçən şəxslərin təhlükəsizliyi üçün hasara alınmalı və bu hasarın üzəri qoruyucu sipərlə örtülməlidir.

“Kranın yükqaldırıcı oxu tikinti sahəsinin ərazisindən kənara çıxmamalı, evlərin, avtomobillərin, piyada keçidlərinin və yolların üzərindən keçməməlidir”, - deyə o əlavə edib.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1137 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...