Yunanıstanda körpələr arasında naməlum xəstəlikdən ölüm qeydə alındı

Yunanıstanda körpələr arasında naməlum xəstəlikdən ölüm qeydə alındı
Yunanıstanda körpələr arasında mənşəyi məlum olmayan hepatitdən ilk ölüm faktı qeydə alınıb.

13 aylıq xəstə uzun müddət davam edən hərarət və ümumi halsızlıq əlamətləri ilə xəstəxanaya yerləşdirilib.

Uşağa qaraciyər çatışmazlığı və baş beyinin ödemi diaqnozu qoyulub.

Həkimlərin bütün səylərinə baxmayaraq, körpəni xilas etmək mümkün olmayıb.

Yunanıstanda 11 nəfərdə mənşəyi məlum olmayan kəskin hepatit faktı qeydə alınıb. Bütün xəstələrin vəziyyəti hazırda stabildir, heç bir ağırlaşma yoxdur.

Mənbə: Lenta.ru



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
717 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...