Zabuxdan çıxan daha bir erməni tərk etdiyi evi yandırdı - VİDEO

Zabuxdan çıxan daha bir erməni tərk etdiyi evi yandırdı -
Laçının Zabux kəndində qanunsuz yaşayan daha bir erməni “sakin” ərazini tərk etməzdən əvvəl indiyə kimi məskunlaşdığı evi yandırıb.


Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o bu addımını azərbaycanlılara nifrətinə görə atdığını qeyd edib.

"Buradan rahat getmək üçün hər şeyi yandırıram. Bütün bunlar türkə qalsa, o zaman rahat olmayacam”, - deyə Zabuxdan çıxan erməni videomüraciətində bildirib.


Bu, Zabuxda ikinci haldır ki, təxliyədən əvvəl erməni azərbaycanlılara qalmasın deyə yaşadığı evi yandırır.

Xatırladaq ki, Azərbaycan tərəfi Laçın rayonunun Zabux və Sus kəndlərində, Laçın şəhərində qanunsuz yaşayan ermənilərə həmin əraziləri boşaltmaq üçün avqustun 25-nə kimi vaxt verib. Ermənilər bu tələb qarşısında Laçını tərk etməyə başlayıblar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
609 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...