"Rüşvət al, qiymətləri qaldır, qəti dinməzlər, şortik geyinsən, səni tikə-parça edəcəklər"

"Rüşvət al, qiymətləri qaldır, qəti dinməzlər, şortik geyinsən, səni tikə-parça edəcəklər"
“Millətin gözünün qabağında haqqını ye, rüşvət al, vəzifəndən sui istifadə et, uşaq pulunu vermə, qiymətləri qaldır, gözlərinin qarşısında nahaq yerə birini tut, bas içəri, işgəncə ver, Tərtər hadisələrini törət, qəti dinməyəcək, heç cınqırığını da çıxarmayacaq, sadəcə oturub baxacaq. Amma nəbadə gözünün qabağında şortik geyinmə, yoxsa səni tikə-parça edəcək”.

Yeniavaz.com xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa Diaqnostikası şöbəsinin müdiri, radioloq-həkim Aydın Əliyev sosial şəbəkə hesabında yazıb.

“İlahi, 100 illər ərzində heçmi dəyişmədik? Cahilliyimizlə Mirzə Cəlilləri, Sabirləri, Axundovları, Bəxtiyarları, Bünyadovları, Elçibəyləri məhv etdik, dəyişmədik ki, dəyişmədik”, - paylaşımda bildirilib.

Qeyd edək ki, bir neçə gün öncə İsmayıllı rayonunun Qalacıq kəndinin sakinləri çay sahilində dincəlmək qərarına gələn bir qrup turisti ərazidən uzaqlaşdırmağa cəhd ediblər. Buna səbəb turistlərdən ikisinin şort geyinməsi olub. Turistlər geyiminə görə yerli sakinlərin qınağı ilə üzləşib. Bu hadisədən sonra şort geyinilməsi məsələsi sosial şəbəkələrdə gündəmə çevrilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
510 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...