Əli Əsədov Şahbaz Şərifə başsağlığı verdi

Əli Əsədov Şahbaz Şərifə başsağlığı verdi

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Pakistan İslam Respublikasında baş vermiş güclü daşqınlar nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar ilə əlaqədar bu ölkənin Baş naziri Şahbaz Şərifə başsağlığı məktubu ünvanlayıb.

Bu barədə Yeniavaz.com-a Nazirlər Kabinetindən bildirilib.

Baş nazir məktubda Pakistanın Baş nazirinə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, faciə nəticəsində yaralananlara şəfa diləyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
653 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...