DYP-dən deputatın avtomobilinin cərimələnməsi xəbərinə MÜNASİBƏT

DYP-dən deputatın avtomobilinin cərimələnməsi xəbərinə
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru, deputat Mahir Abbaszadəyə məxsus avtomobilin cərimələnməsi ilə bağlı yayılan məlumata münasibət bildirib.

A.Əsgərli Pravda.az-a açıqlamasında deyib ki, DYP 18 iyul 2022-ci ildə bu məsələ ilə bağlı Azərbaycan ərazisində olan bütün hüquqi, fiziki, vəzifəli şəxslərə müraciət (https://pravda.az/news/87722) edib.

“Müraciətdə qanunla bu prosesin necə olduğunu izah etmişdik. Məktublar qanunun tələbinə əsasən göndəriləndə vəzifəli və hüquqi şəxsin vəzifəsi və ya ictimai statusu, mənsubiyyəti deyil, qanunun aliliyi prinsipi nəzərə alınır. Buna görə də istənilən şəxs qanunlarımızın tələbi pozulmasın deyə vaxtında müraciətləri cavablandırmalıdır ki, sonda məhkəmə məsuliyyəti yaranmasın. Bu, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun rəhbəri də ola bilər, digər istənilən şəxs də. Cərimələnən şəxsin Fondun rəhbəri olub-olmadığı müvafiq sənədlərlə müraciətə cavab verildikdə bilinəcək. Adətən avtomobil hansısa sürücüyə təhkim olunursa, həmin sürücü haqqında məlumatları verəndə məsələ məlum olur. Bir daha vurğulayırıq, qanunların tələbinə vaxtında riayət etmək lazımdır ki, heç kim belə problemlərlə qarşılaşmasın”, - A.Əsgərli qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
572 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...