Laçındakı şəxslər “Berdzor” lövhəsini sındırmağa görə həbs edilib?

Laçındakı şəxslər “Berdzor” lövhəsini sındırmağa görə həbs edilib?
Xəbər verdiyimiz kimi, bir neçə gün öncə bir nəfərin Laçının girişindəki ermənicə “Berdzor” yazılan lövhəni sındırdığını əks etdirən video yayılmışdı. Sosial şəbəkələrdə yayılan iddialara görə, lövhəni sındıran və videonu çəkən şəxslər - Elnur İsayev və Cavid Quliyev 10 sutka inzibati həbs cəzası alıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə sorğu ünvanladıq. Xidmətin şöbə rəisi Elşad Hacıyev “Qafqazinfo”ya bildirdi ki, sözügedən şəxslərin Laçın rayonu ərazisində lövhəni sındırması ilə bağlı həbs edilməsi iddiaları əsassızdır:

“Elnur İsayev və Cavid Quliyev işğaldan azad olunan əraziyə qeyri-qanuni daxil olduğu və polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmadığı üçün barələrində məhkəmənin qərarı ilə 10 sutka inzibati həbs tənbeh tədbiri tətbiq olunub. Həmin ərazidə də “sürpriz” partlayıcı və mina təhlükəsi var. Qeyd olunanları nəzərə alaraq diqqətə çatdırırıq ki, hər bir vətəndaşın təhlükəsizliyi diqqət mərkəzində saxlanılmaqla, cəzalandırmanın məqsədi profilaktik əhəmiyyət daşıyır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
540 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...