Narkotik istifadə edən gömrükçülər kütləvi işdən çıxarılıb? - DGK-dan açıqlama

Narkotik istifadə edən gömrükçülər kütləvi işdən çıxarılıb? -

Dövlət Gömrük Komitəsi (DGK) narkoloji analizlərdən keçməyən gömrük əməkdaşlarınının işdən çıxarılmasına münasibət bildirib.

Yeniavaz.com xəbər verir ki, Komitədən Reportun sorğusuna cavab olaraq, gömrük əməkdaşlarının mütəmadi olaraq tibbi müayinədən keçirildiyi və müvafiq tədbirlərin görüldüyü bildirilib: "Gömrük orqanlarında xidmət haqqında" Əsasnaməyə və digər qanunvericilik aktlarına əsasən gömrük əməkdaşları mütəmadi olaraq tibbi müayinədən keçirilir və müvafiq tədbirlər görülür.

Xatırladaq ki, dünən bir sıra KİV-lərdə Dövlət Gömrük Komitəsinin sədr əvəzi, general-leytenant Şahin Bağırov gömrük əməkdaşlarını kütləvi şəkildə işdən çıxarması ilə bağlı məlumatlar dərc edilib. Məlumata görə, sədr əvəzi əməkdaşları narkoloji analizdən keçirib. Hövsan və digər postlarda işləyən bəzi gömrük əməkdaşlarının narkotik istifadəçisi olduğu aşkarlanıb. Ş. Bağırov onları işdən azad edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
461 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...