51 yoluxma faktı qeydə alınıb, 3 nəfər ölüb

51 yoluxma faktı qeydə alınıb, 3 nəfər ölüb
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 51 yeni yoluxma faktı qeydə alınıb, 49 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan GUNDEMİNFO.AZ-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 823 369 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 117 nəfər müalicə olunaraq sağalıb, hazırda 301 aktiv xəstə var. Bu günə qədər 9 951 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 188, bu günə qədər isə ümumilikdə 7 325 464 test icra olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
577 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...