Büdcə vəsaitlərindən məhrum qalacaq 58 RAYON – “Dotasiya olmadan xərclərini qarşılaya bilməzlər”

Büdcə vəsaitlərindən məhrum qalacaq 58 RAYON –
Hazırda oxunan: Büdcə vəsaitlərindən məhrum qalacaq 58 RAYON – “Dotasiya olmadan xərclərini qarşılaya bilməzlər”

Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, gələn ilin dövlət büdcəsindən Azərbaycanda cəmi 8 rayona vəsait ayrılacaq. Yerdə qalan 58 rayona isə dövlət büdcəsindən vəsait ayrılmayacaq.

Görəsən, dövlət büdcəsindən alınan dotasiyadan məhrum olan 58 rayonun neçəsi həmin vəzifənin öhdəsindən gələ biləcək?

GUNDEMİNFO.AZ xəbər verir ki, Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli bildirir ki, reallıqda Azərbaycanda heç bir rayon dövlət dotasiyası olmadan öz xərclərini qarşılamaq gücündə deyil:

“Əslində dövlət büdcəsi tərəfindən 58 rayon da daxil olmaqla bütün rayonlara dotasiya ayrılır.

Yalnız yerli bəzi cüzi xərclər rayon icra hakimiyyətlərinin üzərinə düşür. Amma rayonun təhsil, polis,səhiyyə, vergi şöbələri, yerli icra hakimiyyəti işçilərinin maaşı və s. yenə də mərkəzi büdcədən maliyyələşməkdə davam edəcək.

Həqiqətdə isə dövlət büdcəsinin verdiyi dotasiyadan məhrum olan rayonlarda çalışan polis, təhsil şöbəsi, vergi, tibb işçiləri də yerli büdcə hesabına maliyyələşməlidirlər. Sadəcə 58 rayonla bağlı atılan bu addım rayonların büdcədən dotasiya almaması fonunun yaradılmasına hesablanıb. Yalnız rayonda görülən bəzi kiçik işlər, məsələn yaşıllaşdırma, parklara xidmət, kommunal xərclər yerli büdcənin hesabına formalaşacaq.

Bu vəziyyət isə onu göstərir ki, ölkədə mövcud olan bütün rayonlar istər-istəməz bu və ya digər dərəcədə dövlət büdcəsindən dolayısı ilə dotasiya almaqda davam edəcəklər.

Yaranmış vəziyyət belə deməyə əsas verir ki, hazırda ölkədə heç bir rayon dövlətdən gələn dotasiya olmadan öz xərclərini ödəmək gücündə deyil”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
598 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...