Dünyada ucuzlaşan dərmanları bizdə rəsmən bahalaşdırıblar
Hesablama Palatası Səhiyyə Nazirliyinin yanında İnnovasiya və Təchizat Mərkəzində audit yoxlaması aparıb. Adıçəkilən qurumun 2020-2021-ci illərdəki maliyyə-təsərrüfat fəaliyyəti audit edilib.
Yeniavaz.com xəbər verir ki, qurumun yaydığı məlumatda, Tarif Şurasının, dünya bazarında ucuzlaşan dərmanların belə qiymətini qaldırdığı ortaya çıxıb:
“Dərmanların topdansatış qiyməti və tariflərin müqayisəsi Tarif Şurası tərəfindən tariflərin müəyyənləşdirilməsi məqsədilə tətbiq olunan yanaşmanın bazarda mövcud olan qiymətlərin və meyllərin nəzərə alınmaqla çevik qaydada yenilənmədiyini göstərmişdir. Belə ki, alınan 144 adda eyni dərmanın 81-də qiymət azalsa da, onlardan 4-də bu azalma fonunda tarif artırılmış, 67 adda dərmanın tarifinin sabit qalması fonunda qiyməti azalmış, ümumilikdə, tariflər 75 adda dərman üzrə 18,5%- 57,1% daha baha müəyyənləşdirilmişdir.
Müqavilələrdə yararlılıq müddəti istehsal tarixindən ən azı 60,0% səviyyəsində müəyyən edilsə də, 6 adda dərman vasitəsinin yararlılıq müddəti 30%-dən aşağı, 10 adda dərman vasitəsinin yararlılıq müddəti 30-40%, 36 adda dərman vasitəsinin yararlılıq müddəti 40-50% və 129 adda dərman vasitəsinin yararlılıq müddəti 50%-60% aralığında olmuşdur”, - Hesablama Palatasının yaydığı məlumatda deyilir.
497 dəfə oxundu