İşsizlər üçün vacib xəbər: hər ay pul almaq üçün… – VİDEO
Azərbaycanda işsizlikdən sığorta ödənişi almaq asanlaşacaq. Bu, yeni yaradılan Azərbaycanın məşğulluq xəritəsinin məlumatlarından istifadə hesabına mümkün olacaq.
Gundeminfo.az Xəzər TV-yə istinadən xəbər verir ki, xəritə gələcəkdə əhali artımı, iş yerlərinin sayı, qadın və kişilər arasında məşğulluq, məktəbli və tələbələrin sayı kimi amilləri izləyəcək. Bu da öz növbəsində rayonlarda yeni iş yerlərinin yaradılmasının zəruri olub-olmadığını müəyyənləşdirməyə kömək edəcək.
Dövlət Məşğulluq Agentliyinin idarə heyətinin sədri Mustafa Abbasbəyli bildirib ki, özünüməşğulluq proqramına cəlb olunmaq və işlə təmin olunmaq üçün müraciət edənlərin qeydiyyat proseduru da sadələşəcək. O, işsizlikdən sığorta ödənişlərinin təqdim edilmə mexanizminə diqqət çəkib.
Mustafa Abbasbəyli son 5 il ərzində həyata keçirilmiş məşğulluq tədbirlərindən də danışıb.
Qeyd edək ki, məşğulluq xəritəsinin yaxın vaxtlarda istifadəyə veriləcəyi gözlənilir.
Bu linkə daxil olmaqla İşsizlikdən sığorta ödənişi barədə ətraflı məlumat ala bilərsiz.
621 dəfə oxundu