Türk Dövlətləri Təşkilatına qarşı yeni ittifaq: Putinin məqsədi nədir?

Türk Dövlətləri Təşkilatına qarşı yeni ittifaq:

Rusiya prezidenti Vladimir Putin noyabrın 27-də Kremldə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevi qəbul edərkən iki təklif irəli sürüb. Bu barədə Rusiya mediası yazıb.

Putin Qazaxıstan və Özbəkistanı qaz sahəsində Rusiya ilə əməkdaşlığa çağırıb. Kreml sahibinin ikinci təklifi siyasi məsələlərlə bağlı olub. Putin təklif edib ki, Rusiya-Qazaxıstan-Özbəkistan ittifaqı yaradılsın.

Görəsən, belə bir üçlü ittifaq Rusiyanın nəyinə lazımdır? Putinin bu təklifi Türk Dövlətləri Təşkilatının planlarını əngəlləmək məqsədi daşıya bilərmi?

Politoloq Zərdüşt Əlizadə Qaynarinfo-ya açıqlamasında bildirib ki, Kreml Astana və Daşkəndə ünvanladığı bu təkliflərlə sadəcə özünü təcridolmadan xilas etmək istəyir:

"Azərbaycan atalar sözündə deyildiyi kimi, "cəhənnəmə gedən, özünə yoldaş axtarır”. Rusiya beynəlxalq miqyasda təcrid olunub. Dünya dövlətləri bir-birinin ardınca onunla əlaqələri kəsir. O cümlədən energetika sahəsində də əlaqələr kəsilib. Dekabrın 5-də Avropa İttifaqı Rusiya nefti və neft məhsullarından tam imtina edəcək. Rusiyanın qaz bazarı da demək olar ki, bağlanıb, Aİ-nin qaz idxalında payı 40-dan 7 faizə düşüb.

Belə şəraitdə Rusiya Qazaxıstan və Özbəkistanı enerji sahəsində əməkdaşlığa və müttəfiqlik münasibətlərinə dəvət etməklə onlara heç bir yeni üfiqlər aça, cəlbedici imkanlar təklif edə bilməyəcək. Sadəcə, Moskva bu təklifləri reallaşdırmaqla özünü təcridolma mexanizmindən xilas etmək istəyir. Əminəm ki, Qazaxıstan və Özbəkistan rəhbərləri Putinin bu təkliflərinin arxasında nələr dayandığını gözəl blirlər. Lakin bununla belə, onlar kəskin şəkildə həmin təklifə qarşı çıxmayacaqlar. Sadəcə, vaxt udmaq üçün prosesi öyrənmək, müzakirə etmək adı ilə məsələ uzanacaq və Rusiyanın çöküşünə qədər davam edəcək”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
439 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...