“Sabir Rüstəmxanlının VHP sədrliyindən getməsi istefalara səbəb ola bilər” Rafiq Manaflı

“Sabir Rüstəmxanlının VHP sədrliyindən getməsi istefalara səbəb ola bilər”


“VHP-nin növbəti qurultayı gələn ilin yaz aylarında keçiriləcək”.

Bunu APA-ya açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Ali Məclisinin sədri Rafiq Manaflı deyib.

R. Manaflı bildirib ki, VHP-nin qurultayının vaxtı bölgələrdə keçirilən konfransların gedişindən asılıdır. Onun sözlərinə görə, 80-dən çox rayonda qurultay nümayəndələri seçildikdən sonra partiya özünün qurultayını keçirəcək.

R. Manaflı qeyd edib ki, hazırda VHP sədri Sabir Rüstəmxanlıya alternativ namizəd yoxdur: “Sabir Rüstəmxanlı yenidən partiya sədrliyinə namizəddir. Ümumiyyətlə, hesab edirəm ki, digər partiyalarda olduğu kimi, onun da VHP sədrliyindən getməsi, istefalara səbəb ola bilər. Kimsə namizədliyinə irəli sürə bilər, ancaq fakt ondan ibarətdir ki, partiya rəhbərliyində Sabir Rüstəmxanlının namizədliyi ilə bağlı yekdil fikir var. Sabir Rüstəmxanlının növbəti müddətə VHP sədri seçilməsində hər hansı fikir ayrılığı yoxdur”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1002 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...