Aqil Abbas: “İran hökuməti icazə versə, özüm də maddi yardım göndərərəm”

Aqil Abbas: “İran hökuməti icazə versə, özüm də maddi yardım göndərərəm”
“Bu, faciədir. Heç nəyə baxmadan biz yardımımızı etməliyik”.

Bu fikirləri millət vəkili Aqil Abbas Musavat.com-a İranın Xoyda zəlzələdən zərər çəkənlərə yardımı rədd etməsini şərh edərkən bildirdi.

A.Abbas xatırlatdı ki, Azərbaycan-Ermənistan müharibəsi zamanı İranda zəlzələ olanda Azərbaycandan İrana həkimlər yola salınmışdı, onları qəzaya salıb öldürmüşdülər: “İranda faciə olub. Zəlzələ nəticəsində evlər dağılıb. Bizim də yardım etmək imkanımız var. İran bu yardımı rədd etməklə səhv edir. İran hökuməti icazə verməsə, heç nə etmək mümkün deyil. Güman edirəm ki, kənar vilayətlərdə yaşayan azərbaycanlılar köməklərini əsirgəmirlər. İran hökuməti icazə versə, şəxsən özüm də maddi yardım göndərərəm”.

Qeyd edək ki, Musavat.com-a daxil olan məlumata görə, ikitərəfli münasibətlərdə böhrana baxmayaraq, Azərbaycan bu günlərdə diplomatik kanallarla yardım təklif edib. İran isə bunu rədd edib. Türkiyə Qırmızı Aypara Cəmiyyətinin başqanı Kərəm Kınık isə bu barədə öz səhifəsində bu barədə aşağıdakıları yazıb: “Zəlzələdən sonra dərhal yardım təklifimizi onlara çatdırdıq. Ancaq zəlzələnin öhdəsindən gələ biləcək qədər imkanları olduğunu ifadə edərək, bizə təşəkkür etdilər”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
332 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...