Politoloq Obamanın İlham Əliyevə dəvətini necə şərh etdi?

Politoloq Obamanın İlham Əliyevə dəvətini necə şərh etdi?


“ABŞ prezidenti Barak Obamanın azərbaycanlı həmkarı İlham Əliyevi Vaşinqtona nüvə sammitinə dəvət etməsi iki ölkə arasındakı münasibətlərin normallaşması baxımından vacibdir”.

Modern.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib. Onun sözlərinə görə Barak Obama bundan əvvəlki sammitə İlham Əliyevi dəvət etməmişdi, əvəzində Ermənistan prezidenti Serj Sərkisyan Vaşinqtona getmişdi. “Bu da Azərbaycan hakimiyyətinin narazılığına səbəb olmuşdu. Bu dəfə Vaşinqton fərqli qərar verdi. Tədbir 31 martda keçiriləcək.

Rəsmi Bakı bu tədbirə qədər siyasi və ya mübahisəli adlandırılan məhbusların əfv edilməsinə qərar verərsə, bu həm İlham Əliyevin Vaşintona səfərinin əhəmiyyətini artıracaq, həm iki ölkə arasındakı münasibətlərdə yeni səhifə açılacaq, həm də Konqresdə Kristofer Smitin qanun layihəsinin, o cümlədən "Maqnitski qanunu"nun Azərbaycana tətbiqinin qarşısını almaq mümkün olacaq”.

Qeyd edək ki, Prezident Administrasiyanın rəhbərinin müavini, qurumun Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ABŞ prezidenti Barak Obamanın Azərbaycan rəhbəri İlham Əliyevi Vaşinqtona dəvət etdiyini bəyan edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1367 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...