Türkiyənin Azərbaycan vətəndaşlarından viza tələb edəcəyi barədə xəbərlər doğru deyil

Türkiyənin Azərbaycan vətəndaşlarından viza tələb edəcəyi barədə xəbərlər doğru deyil


“Türkiyənin Azərbaycan vətəndaşlarına viza rejimi tətbiq edəcəyi ilə bağlı xəbərlər həqiqəti əks etdirmir”.

APA-nın məlumatına görə, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, Türkiyə ilə Azərbaycan arasında hazırda mövcud olan gediş-gəliş rejiminə hər hansı dəyişiklik edilməsi nəzərdə tutulmur: “2007-ci ildən bəri Azərbaycan vətəndaşları ölkəmizə turizm məqsədli səfərləri zamanı 30 gün müddətində Türkiyədə vizasız qalmaq hüququna malikdir”.

Xatırladaq ki, Türkiyə mətbuatı Avropa İttifaqı ilə imzalanan viza sadələşdirilməsi və readmissiya sazişi çərçivəsində 2016-cı ilin iyun ayından etibarən Aİ üzvü olmayan 89 ölkəyə, o cümlədən Azərbaycana viza rejimi tətbiq edəcəyi ilə bağlı məlumat yayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
898 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...