Arif Hacılının Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi ilə görüşü başa çatıb - YENİLƏNİB

Arif Hacılının Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi ilə görüşü başa çatıb -


Bu gün Müsavat başqanı Arif Hacılı DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb. Müsavat Divanının üzvü Nemət Kərimli APA-ya açıqlamasında bildirib ki, A. Hacılının Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi general Seyfulla Əzimovla görüşü artıq başa çatıb. Onun sözlərinə görə, görüşün təfərrüatları ilə bağlı partiyanın mətbuat xidməti məlumat yayacaq.

***
Müsavat başqanı Arif Hacılı DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb. Bu barədə APA-ya Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı məlumat verib. Onun sözlərinə görə, bu gün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin nümayəndələri Müsavat Partiyasının qərargahına gəlib və A. Hacılını idarəyə dəvət ediblər: “Onun idarənin rəisi, general Seyfulla Əzimovun dəvəti ilə çağırıldığı bildirilib”.

G. Aslanlı qeyd edib ki, A. Hacılı hazırda generalın qəbulundadır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1306 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...