"ASAN xidmət" mərkəzlərində Dövlət Gömrük Komitəsinin informasiya köşkləri quraşdırılacaq

"ASAN xidmət" mərkəzlərində Dövlət Gömrük Komitəsinin informasiya köşkləri quraşdırılacaq


Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") sədri İnam Kərimovla görüşüb.

DGK Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, tərəflər "ASAN xidmət" mərkəzləri vasitəsilə həyata keçirilən gömrük xidmətlərinin artırılması məsələlərini müzakirə ediblər. Görüşdə “elektron bəyanetmə”, “elektron ilkin bəyanetmə”, XİF iştirakçılarına idxal-ixrac əməliyyatları barədə rəsmi arayışların, müvəqqəti idxal olunan yüngül minik avtomobillərinin vaxtının uzadılması ilə bağlı müvafiq xidmətlərin bundan sonra komitə ilə yanaşı, "Asan xidmət" mərkəzləri vasitəsilə də həyata keçirilməsi barədə məsələlər müzakirə olunub.

Bundan başqa, tərəflər gələcəkdə "Asan xidmət" mərkəzlərində DGK-nin informasiya köşklərinin quraşdırılması barədə də razılıq əldə ediblər. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər barəsində ətraflı fikir mübadiləsi aparılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1041 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...