Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin yeni tərkibi məlum olub

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin yeni tərkibi məlum olub


Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) baş katibi Voytsex Savitskiə məktub göndərib. Milli Məclisdən APA-ya verilən məlumata görə, məktub Azərbaycanın qurumdakı nümayəndə heyətinin yeni tərkibi ilə bağlıdır.

Məktuba əsasən, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin tərkibində dəyişiklik edilib. Yeni seçilən deputatlardan Vüsal Hüseynov, Elşən Musayev və Müslüm Məmmədov siyahıya daxil edilib. Onlar nümayəndə heyətinin tərkibində Əli Hüseynlini, Fəzail İbrahimlini və Aydın Abbasovu əvəz ediblər.

Məktubun təsdiqinə AŞPA-nın yanvarın 25-29-da keçiriləcək qış sessiyası çərçivəsində baxılacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
956 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...