Pan Gi Munun Azərbaycana səfəri gözlənilir

 Pan Gi Munun Azərbaycana səfəri gözlənilir


Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının (BMTSA) aprel ayında Bakıda keçiriləcək 7-ci Qlobal Forumunun Təşkilat Komitəsinin 2-ci iclası keçirilib.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Təşkilat Komitəsinin sədri Əbülfəs Qarayev çıxış edərək bildirib ki, prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, BMT-nin Sivilizasiyalar Alyansı ilə ikitərəfli sənədlər təsdiq olunub və qüvvəyə minib. Artıq Forumun loqotipi təsdiqlənib və veb-saytı (baku.unaoc.org) istifadəyə verilib.

Nazir 50-dək ölkənin rəhbərlərinə dəvətnamələrin göndəriləcəyini bildirib. Qeyd olunub ki, forumda yüksək səviyyəli dövlət nümayəndələrinin iştirakı nəzərdə tutulur. İki gün ərzində 40 tədbir keçiriləcək və bunun üçün lazımi şərait yaradılıb. Nazir qeyd edib ki, Forum çərçivəsində aprelin 25-də gənclərlə bağlı tədbirdə BTM-nin baş katibi Pan Gi Munun da iştirak etməsi gözlənilir.Bildirilib ki, fevralın 20-də isə BMT nümayəndə heyətinin Bakıya səfəri nəzərdə tutulur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
858 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...