“Zəngəzur dəhlizinin açılması sülh sazişinin yekun mərhələsi olacaq”
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı ilə İrəvan arasında tam hüquqlu sülh sazişi bağlandıqdan sonra Türkiyənin Ermənistanla sərhədi aça biləcəyini istisna etməyib”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə başçısı ABŞ-də keçirilən NATO sammitindən qayıdarkən təyyarədə jurnalistlərə bildirib.
“Niyə sərhədin açılması məsələsini nəzərdən keçirməyək? Bundan əvvəl biz Ermənistanın Baş naziri Nikol Paşinyana bu barədə hər şeyi söylədik. İndi sülh üçün hər şeyi etməliyik. Ümid edirik ki, Türkiyənin ürəkdən dəstəklədiyi Azərbaycan və Ermənistan arasında tezliklə davamlı sülh əldə olunacaq. Zəngəzur dəhlizinin açılması bu sazişin yekun mərhələsidir. Biz bu yolda pozitiv qərarların gecikmədən qəbul edilməsini istəyirik. İndi bölgədən müsbət siqnallar gəlir və ümid edirik ki, onlar sonda yaxşı xəbərlər gətirəcək”, - Ərdoğan bildirib.
O, müvafiq sualı cavablandırarkən qeyd edib ki, İranın yeni prezidenti Məsud Pezeşkian ilə Zəngəzur dəhlizi məsələsini müzakirə etməyib:
“Mən onu seçkilərdəki qələbəsi münasibətilə təbrik etdim. Zəngəzur dəhlizi hamının, xüsusən də Azərbaycan, Ermənistan və İranın xeyrinə olacaq strateji marşrutdur. İran və Azərbaycan hiss edəcəklər ki, dəhliz işə düşəndə və dəmir yolu xətti işə düşəndə onlar üçün daha asan olacaq”.
390 dəfə oxundu