Prezidentin köməkçisi: Azərbaycan dəfələrlə dezinformasiya qurbanı olub

Prezidentin köməkçisi: Azərbaycan dəfələrlə dezinformasiya qurbanı olub
Azərbaycan dəfələrlə dezinformasiya qurbanı olub.

"Report"un Şuşaya ezam edilən müxbirinin verdiyi məlumata əsasən, bunu II Qlobal Media Forumunun ikinci iş günündə çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev xatırladıb ki, Azərbaycan torpaqları 30 il ərzində işğal ediləndə Ermənistan dünyaya özünün Azərbaycanın qurbanı olduğu kimi təqdim edirdi.

"44 günlük müharibə zamanı Azərbaycan dezinformasiyaya qarşı mübarizə aparıb. Prezident İlham Əliyevin beynəlxalq mediaya çoxsaylı müsahibələri dezinformasiyaya qarşı uğur hekayələrindən idi", – o deyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
609 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...