İranın hesabı yanlış çıxdı – Dəhlizə mane ola bilməyəcəklər

İranın hesabı yanlış çıxdı –
İranın istəyindən asılı olmayaraq, Zəngəzur dəhlizi işə düşəcək.

Bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspertin fikrincə, İranın Rusiyanın məsələyə yanaşması ilə əlaqədar hesablaması yanlış çıxıb:

“Tehran Moskvanın Zəngəzur dəhlizini dəstəkləməsindən narahatdır. Rusiyanın Tehrandakı səfiri Aleksey Dedovun İran Xarici İşlər Nazirliyinə çağrılması bununla bağlıdır. Səfirlə görüşdə müxtəlif mövzular müzakirə olunsa da, hiss olunur ki, Tehran Moskvanın Zəngəzur dəhlizinə verdiyi dəstəkdən narahatdır. Tehranın Kremlin də Zəngəzur dəhlizi əleyhinə siyasət yürüdəcəyi hesabı yanlış çıxıb. İrandakı dairələr yenə də hesab edirlər ki, Zəngəzur dəhlizi İran-Ermənistan sərhəddini bağlayacaq. Halbuki söhbət sərhədin qapanmasından deyil, dəhlizin açılmasından gedir ki, bundan müxtəlif ölkələr, o cümlədən İran da istifadə edə bilər.

Tehran Azərbaycanla Ermənistanın daxili işlərinə qarışa bilməz. Zəngəzur dəhlizinin açılmasına iki dövlət qərar verəcək – Azərbaycan və Ermənistan. Tehran dəhliz mövzusunda Bakıya təzyiq edə bilmədiyinə görə, İrəvana təzyiq etməyə çalışır. Ancaq Ermənistan hakimiyyəti də ortaq layihələrdə iştiraka maraq göstərir. Tehranın istəyindən asılı olmayaraq, Zəngəzur dəhlizi işə düşəcək”.

Elxan Şahinoğlu dəhlizlə bağlı Bakı ilə Tehran arasındakı anlaşmaya da diqqət çəkib:

“Azərbaycanın İranla da dəhlizlə bağlı razılaşması var. İran ərazisindən, Araz çayının sahili ilə Naxçıvana dəmir yolu çəkiləcək. Belə çıxır ki, Tehran İran ərazisindən Naxçıvana dəhlizin çəkilməsini dəstəkləyərkən, Ermənistandan Naxçıvana dəhlizin çəkilməsinin əleyhinədir. Bu, ikili standartdır. Bütün hallarda Tehran Zəngəzur dəhlizinin reallaşmasına mane ola bilməyəcək”.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
398 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...