Sərdar Cəlaloğludan partiya sədrlərinin istefasında reaksiya: "Depresiyadan irəli gələn qərarlardır"

Sərdar Cəlaloğludan partiya sədrlərinin istefasında reaksiya:

"Fikrimcə, bunlar seçkilərin nəticələrinin yaratdığı depresiyadan irəli gələn qərarlardır".

Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bəzi partiya sədrlərinin istefa verməsi və eləcə də verəcəyi ilə bağlı anonslarına aydınlıq gətirərkən deyib.

Partiya sədri həmkarlarının bu addımını onların şəxsi işi kimi dəyərləndirib:

"Amma anlaya bilmirəm, bir tərəfdən deyirlər seçkilər demokratik keçməyib, o biri tərəfdən deyirlər ki, biz bu seçkilərdə uduzduğumuza görə istefa veririk. Mən bunu siyasi həyatımıza mühüm hadisə kimi dəyərləndirmirəm".


ADP sədri Sərdar Cəlaloğlu partiya sədrlərinin yeni yaradılacaq hərəkatla bağlı layihələrinə də münasibət açıqlayıb:

"Hər bir siyasi hərəkatın məqsədi ölkədə partiyalı sistemin yaradılmasıdır. Elə bil ki, biz təzədən geriyə doğru hərəkət edirik. Əgər biz hərəkat yaradırıqsa, bu o deməkdir ki, çoxpartiyalı sistemdən arxaya doğru hərəkət edirik. İkincisi, hərəkatların siyasi məqsədləri olmur. Bu Azərbaycan üçün yalnış bir yoldur".

Qeyd edək ki, bundan əvvəl REAL Partiyasının sədri İlqar Məmmədov istefa verib. Eyni zamanda Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn və Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu da sədrlikdən istefa verəcəklərini açıqlayıblar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
156 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...