Senator Putinin sərvətindən danışdı

Senator Putinin sərvətindən danışdı


Aparıcı ABŞ senatoru deyir ki, Rusiya prezidenti Vladimir Putin-in sərvəti barədə açıqlamalar onun idarəçiliyində “sabitsizlik” yarada bilər, belə ki, Rusiya əhalisi bu haqda getdikcə daha çox bilgi əldə edir.

Senator, Senatın Xarici əlaqələr komitəsinin respublikaçı sədri Bob Corker fevralın 1-də “Amerikanın Səsi”nə danışıb. “Rusiya xalqı anlamağa başlayır ki, onların lideri nəhəng sərvət toplayıb”, - Corker deyib. O, Putin-in “milyardlarla dollar şəxsi sərvət” topladığını söyləyib. “Bunu normal hökumət əməliyyatları ilə etmək mümkünsüzdür. Bunu ancaq korrupsiya yoluyla etmək mümkündür”, - Senator sözlərinə əlavə edib.

ABŞ Maliyyə Nazirliyinin rəsmisi ötən həftə BBC-yə bildirib ki, Putin “korrupsiyanın şəklidir”. Ağ Ev də həmin fikirlərin Obama administrasiyasının Putinlə bağlı baxışlarını əks etdirdiyini söyləyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
960 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...