YAP-dan müxalifətə təklif: "Seçkiyə yaxşı hazırlaşın"

YAP-dan müxalifətə təklif:


“Ölkədə keçirilən seçkilərdə iştirak etmək üçün namizəd irəli sürə bilməyən müxalifət, növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb etməkdənsə, yaxşı olar ki, növbəti seçkilərə hazırlaşsınlar”. Bu barədə AzVision.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə deyib. Millət vəkili qeyd edib ki, Milli Məclisin buraxılması və yenidən formalaşdırılması bir qayda olaraq müxalifət tərəfindən səsləndirilir.

“Seçkilərdə uğur qazana bilməyənlər növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı təklif irəli sürürlər. Hesab edirəm ki, belə iddia ilə çıxış etmək absurddur. Çünki, bu iddianı səsləndirənlər ötən parlament seçkilərində irəli sürmək üçün namizəd tapa bilmirdilər. Məsləhət görərdik ki, onlar növbəti seçkiyə hazırlaşsınlar. Biz müxalifətin seçkidə fəal iştirakını görmək istəyirik. Hərçənd ki, müxalifətin seçkidə fəal iştirakını da gözləmirəm. Çünki, biz onların əvəzinə seçkidə iştirak edə bilmərik. YAP-ın apardığı siyasət milyonlarla insanın səsini bizə verir”.

A.Mirzəzadə qeyd edib ki, bu gün Azərbaycanda neftin qiymətinin ucuzlaşması, dolların məzənnəsinin qalxması ilə əlaqədar müəyyən çətinliklər yaşayır: “Bu çətinlikləri aradan qaldırmaq üçün iqtidarın konkret anti-böhran proqramı var və dövlət başçısı bununla bağlı dəfələrlə açıqlamalar verib. Artıq görülən tədbirlər öz bəhrəsini verməkdədir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1026 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...