Azərbaycana okeana çıxış imkanı: Xəzər dənizi Fars körfəzinə birləşdirilir?

Azərbaycana okeana çıxış imkanı:


İran hökuməti Xəzər dənizini Fars körfəzinə birləşdirəcək nəhəng kanal layihəsi üzərində iş aparır. Virtualaz.org xəbər verir ki, bu informasiya İran və Rusiya internet qaynaqlarında yer alıb.

Bildirilir ki, Xəzər dənizini Fars körfəzinə birləşdirmək ideyası hələ 19-cu əsrin sonlarından var. Lakin ilk dəfə İran bu məsələni 90-cı illərin əvvəllərində Rusiya ilə danışıqlar predmetinə çevirib. Rusiya transiran su kanalının çəkilməsi ideyasını bəyənib. Lakin 1997-ci ildə Qərbin İrana qarşı sanksiyaları Xəzər dənizi-Fars körfəzi kanalı layihəsinə də aid edilib. İndi İrana qarşı sanksiyaların götürülməsi bu strateji nəqliyyat arteriyasının yaradılması ideyasını yenidən aktuallaşdırıb. Xəbər verilir ki, İran hazırda bu layihəni prioritet layihələr sırasına daxil edib. Layihənin işlənib tamamlanması üzərində qızğın iş gedir və prosesə xarici mütəxəssislər də cəlb olunub. Hətta kanalın 2020-ci ildə istismara veriləcəyinə dair iddialar da səslənir.

Kanalın ümumi uzunluğu 700 kilometrə yaxın olacaq. Kanalın tikintisinə qolları ilə bərabər 10 milyard dollar xərcləmək nəzərdə tutulur. Bu, 2013-cü ilin hesablamasıdır. Hesablamalara görə, layihəyə yatırılan investisiya 5 il ərzində geri qayıdacaq. 2000-ci ildə Rusiya-İran hökumətlərarası komissiyasının iclasında kanalın qurğularının hazırlanması və “dəniz-çay” tipli gəmilərin inşası barədə ilkin razılıq da əldə edilib.

Xəzər dənizi-Fars körfəzi kanalı layihəsində İran və Rusiya ilə yanaşı, Azərbaycan və Qazaxıstan, o cümlədən də Türkmənistan çox maraqlıdır. Çünki bu kanal Xəzər sahili ölkələrinin Fars körfəzi üzərindən dünya okeanına çıxışını təmin edəcək. Habelə onlar kanalla Fars körfəzi istiqamətində yükdaşımalar üçün imkan qazanacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
918 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...