“Bu gün əsas düşmənimiz İŞİD-dir”

“Bu gün əsas düşmənimiz İŞİD-dir”

"Rusiya bu gün "İslam Dövləti"ni özünün əsas düşməni sayır". APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Sputnik", "Exo Moskvı" və "Qovorit Moskva" radiolarına müsahibəsində deyib.

"Hesab edirəm ki, İŞİD bu gün bizim əsas düşmənimizdir. Bunun bir sadə səbəbi var. Yüzlərlə Rusiya vətəndaşı, yüzlərlə avropalı və amerikalılar, MDB ölkələrinin vətəndaşları İŞİD tərəfində döyüşürlər", - deyə S. Lavrov bildirib.

Onun sözlərinə görə, İŞİD-in tərkibində döyüşənlər artıq evlərinə qayıdırlar: "Onlar döyüşürlər, sonra isə istirahət edirlər. Əyləncə üçün bu pislikləri evlərində də edə bilərlər".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1601 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...