"Dağlıq Qarabağ münaqişəsi yaxın gələcəkdə həll olunacaq”

"Dağlıq Qarabağ münaqişəsi yaxın gələcəkdə həll olunacaq”

“Azərbaycan Dağlıq Qarabağ münaqişəsini nə olursa olsun, həll edəcək. Çünki həlli mümkün olmayan münaqişə yoxdur”.

APA-nın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Nazir qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlarda nikbinlik üçün əsaslar var: “Dağlıq Qarabağ münaqişəsi hazırkı vəziyyətdə qala bilməz. Problemin həlli üçün beynəlxalq hüquqi baza, eyni zamanda BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. Bütün ölkələr BMT-nin tərkibinə daxil olarkən təşkilatın qətnamələrinə əməl edəcəyinə dair öhdəliklər götürür. Ermənistan isə bu öhdəliyi yerinə yetirmir.

Lakin Ermənistan rəhbərliyinə də sağlam düşüncəli insanlar gələcək və onlar başa düşəcəklər ki, qonşularla yaxşı münasibətlər ölkənin uğurunun təminatıdır. Ermənistanın indiki rəhbərliyinin uzaqgörən olmayan siyasətinin nəticəsidir ki, bu ölkə Cənubi Qafqazda həyata keçirilən bütün layihələrdən təcrid olunub. Əminliklə deyirəm ki, münaqişə yaxın gələcəkdə həll olunacaq”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1427 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...