“Hamı bilir ki, sökülən villalar kimindir” - Eldar İbrahimov

“Hamı bilir ki, sökülən villalar kimindir” -

“Qanunsuz torpaq zəbt edilməsinin qarşısı alınmalıdır”

Bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov komitənin bu gün keçirilən iclasında deyib .

Bakıda qanunsuz tikilən villaların sökülməsindən söz açan E.İbrahimov bu məsələdə vəzifəli şəxsləri ittiham edib: “Vəzifəli şəxs olmasa, kim qanunsuz torpaq zəbt edə bilər? Kim o torpaqda villa tikə bilər. Bu hər kəsə aydındır. Aksiomadır. Bunların qarşısı alınmalıdır. Bu gün qanunsuz zəbt edilmiş ərazilərdə villalar tikilir. Kimdən soruşsan deyir mənim deyil. Bəs, bu villa göydən düşüb? Necə torpaq veriblər ki, heç kimin xəbəri yoxdur. Bəs, necə tikiblər yenə heç kimin xəbəri yoxdur? İndi sökülür yenə sahibi yoxdur”.

Millət vəkilinin sözlərinə görə, hamı bilir ki, sökülən villalar kimdir: “Qanunsuz torpaq zəbt etmək olmaz axı. Bu torpaqları Allah, ondan sonra Ulu Öndər Heydər Əliyev bizə verdi ki, gedib kənd təsərrüfatı məhsulu istehsal edək. Villa tikmək üçün verilməyib ki?”.

E.İbrahimov bildirib ki, hasara alınan bir çox torpaqlarda heç bir iş aparılmır: “Bu gün hektarlarla torpaq sahələri hasarlanıb. Ancaq, nə tikinti işləri aparılır, nə də əkin-biçin. Biz bu hasar xəstəliyindən qurtulmalıyıq”


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1761 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...