Ərdoğan: "Cənub Qaz Dəhlizi" böyük əhəmiyyət kəsb edir"

Ərdoğan: "Cənub Qaz Dəhlizi" böyük əhəmiyyət kəsb edir"

"Cənub Qaz Dəhlizi" layihəsi enerji təhlükəsizliyi baxımından çox böyük əhəmiyyət kəsb edir.

"APA-Econoimcs"in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə bu ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. "Bu layihənin təməlini ötən il Bakıda atdıq. "Cənub Qaz Dəhlizi" enerji təhlükəsizliyi və enerji resurslarının mənbələrinin diversifikasiyası baxımından çox önəmli layihədir. Bu layihənin bir parçası olan TANAP-ın təməlini isə bu ilin mart ayında atdıq. 2018-ci ildən etibarən TANAP vasitəsilə artıq qaz nəqlinə başlanacaq", - deyə prezident qeyd edib.

Bununla yanaşı, ölkə başçısı Bakı-Tiflis-Ceyhan və Bakı-Tiflis-Ərzurum layihələrini də yüksək qiymətləndirib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1242 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...