Kılıçdaroğlu: "Baş nazir olub dövləti necə idarə etməyin kursunu açacağam”

Kılıçdaroğlu: "Baş nazir olub dövləti necə idarə etməyin kursunu açacağam”

Türkiyənin Cumhuriyyət Xalq Partiyası (CHP) lideri Kamal Kılıçdaroğlu Çanaqqalada seçiciləri ilə görüşüb.

Musavat.com-un məlumatına görə, CHP lideri təyyarə ilə Çanaqqalaya gedib, daha sonra avtobusla Biga rayonuna yollanıb. Yol boyu avtobusdan xalqı salamlayan K. Kılıçdaroğlunu rayon mərkəzində izdiham qarşılayıb.

Seçicilər qarşısında çıxış edən müxalifət partiyasının lideri deyib: “İstehsal edən və işləyən Türkiyə böyük Türkiyədir. Seçilsək fermerə mazutu ucuz verəcəyik deyiriksə, pensionerə iki aylığı əlavə verəcəyik deyiriksə bu günkü Türkiyəni düşünüb deyirik. Amma biz gələcəyi də nəzərə alırıq. Əsrin layihəsini açıqladıq. Türkiyəni dünyanın mərkəzi edəcəyik. Dünyanın ən bahalı mazutunu bizim fermerlər alır. Əhməd Davudoğlu deyir ki, büdcəni doldurmuşuq, Kılıçdaroğlu gəlib xalqa paylayacaq. Maliyyə naziri də deyir, büdcədə pul yoxdur. Düz danışan hansıdır? Dövləti ağılla idarə etmək lazımdır, kinlə yox.

Baş nazir olub dövləti necə idarə etməyin kursunu açacağam”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1280 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...