ATƏT sədri yalnız parlament müxalifəti ilə görüşəcək

ATƏT sədri yalnız parlament müxalifəti ilə görüşəcək

Xəbər verdiyimiz kimi, Azərbaycana səfər edən ATƏT-in fəaliyyətdə olan sədri, Serbiyanın xarici işlər naziri İvitsa Daçiçin siyasi partiyaların nümayəndələri ilə görüşü planlaşdırılıb. "Report"un məlumatına görə, ATƏT sədrinin Milli Məclisdə təmsil olunan partiya sədrləri ilə görüşü gözlənilir. Milli Məclisdə təmsil olunmayan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP), Müsavat Partiyası və digər partiyalar görüşə dəvət edilməyib.

AXCP və Müsavatdan sayta bildirilib ki, onlara görüşdə iştirakla bağlı dəvət gəlməyib.

xatırladaq ki, ATƏT sədri İvitsa Daçiçinin Azərbaycana səfəri bu gün başlayıb.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1205 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...