Almaniya Rusiyaya G8-ə qayıtmağı təklif edir

Almaniya Rusiyaya G8-ə qayıtmağı təklif edir

Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayer Rusiyanı tezliklə G8 birliyinə qayıtmağa çağırıb. APA-nın RBC-ya istinadən verdiyi xəbərə görə, Ştaynmayer “Neue Osnabrücker Zeitung”ə müsahibəsində bildirib ki, Avropa qonşu regionlarda olan “xroniki münaqişə”lərin nizama salınmasında Rusiyanın köməyinə ehtiyac duyur.

”Biz G8-in həmişəlik G7-yə çevrilməsində maraqlı ola bilmərik. Avropanın qonşu regionlardakı “xroniki münaqişə”lərin nizamlanmasında Rusiyanın köməyinə ehtiyacı var. Söhbət Suriya, İraq, Liviya və İranla bağlı məsələlərdən gedir”, - deyə o bildirib.

Almaniya iqtisadi əməkdaşlıq üzrə nazir Gerd Müller isə bildirib ki, Rusiyanın G8-ə qayıtması prezident Vladimir Putindən asılıdır. “Ukraynanın şərqindəki problemin həllinə dair Minsk razılaşması yerinə yetirilməlidir. O zaman Rusiyanın G8-də yeri olacaq”, - deyə o, “Passauer Neue Presse”yə müsahibəsində bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1285 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...