Bu gün Davudoğlu istefa verəcək

Bu gün Davudoğlu istefa verəcək

Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə prezident Rəcəb Tayyib Ərdoğanın bu gün görüşəcəyi gözlənilir.

Avropa.info xəbər verir ki, nazirlər kabinetinin üzvləri və partiya nümayəndələri ilə dünən görüşən Davudoğlu keçirilən seçkilərin nəticələrini dəyərləndirib. Baş nazir Əhməd Davudoğlu ilə prezident Rəcəb Tayyib Ərdoğanın dünən nəzərdə tutulan görüşü bu günə qaldı. Ərdoğanla baş nazir Davudoğlunun bu gün keçiriləcək görüşü zamanı Davudoğlunun istefa verəcəyi gözlənilir.
Türkiyə qanunlarına görə hər parlament seçkisindən sonra baş nazir ölkə başçısına öz istefasını təqdim edir.
Prezident Ərdoğan isə Ali Seçki Komissiyasının nəticələri açıqlayacağı tarixə qədər Davudoğlunun baş nazir postunda qalmasını istəyəcək.


Ərdoğan rəsmi nəticələrin açıqlanmasından sonra yeni hökuməti qurmaq işini Davutoğluna həvalə edəcək.
Bundan sonra Davudoğlu yeni hökumət qurmaq üçün namizədlərlə bir-bir görüşəcək və yeni kabinetin siyahısını prezidentə təqdim edəcək.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1227 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...