“İdeoloji müharibə elan ediblər” – Asim Mollazadə

“İdeoloji müharibə elan ediblər” –

İyunun 10-da Brüsseldə "İdman və insan haqları - Bakıda keçiriləcək Avropa Oyunları kontekstində” mövzusunda dinləmələr keçiriləcək. Avropa Parlamenti Bakıdakı oyunlara görə Avropa Birliyi Şurasına və ali komissara çağırış edib. Avropa Parlamentində Bakıda keçiriləcək Avropa Oyunları fonunda "turnirə ev sahibliyi” edən ölkədə insan hüquqlarının vəziyyəti təhlil ediləcək. Modern.az saytına açıqlamasında Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə bildirib ki, Azərbaycanın uğuruna ləkə salmaq istəyənlər bu cür addımlar atırlar:

"Bu cür hadisələr, ancaq təəssüf hissi doğurur. Bir necə ölkədə Azərbaycanın uğurlarına qısqanclıqla yanaşaraq tam gücü ilə həm erməni diasporu, həm də hər zaman ermənilərin arxasında duran və Azərbaycanla rəqabət aparmaq istəyən ölkələr Azərbaycanın uğuruna ləkə salmaq istəyirlər.

Azərbaycanda keçirilən bu oyunları gözdən salmaq üçün belə bir ideoloji müharibə elan ediblər. Məncə, bu özü-özlüyündə Avropa dəyərlərinə və prinsiplərinə zidd olan bir hadisədir. Təəssüf ki, bu cür hadisələr olur. İnsan haqlarının Avropa Oyunlarına heç bir aidiyyəti yoxdur.

Bu idman bayramı, Azərbaycanın Avropaya mədəni sahədə inteqrasiyasının bir təzahürüdür. Düşünürəm ki, bu cür hərəkətlər, sadəcə olaraq bu oyunlara və Azərbaycanın Avropa ilə əməkdaşlığına ləkə salmaq istəyən qüvvələrin fəaliyyətidir”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1299 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...