Saakaşvilidən Rusiyaya ağır zərbə Yeni mühim projedə Azərbaycan da var

Saakaşvilidən Rusiyaya ağır zərbə

Ukraynanın Odessa vilayətinin rəhbəri Mixail Saakaşvili yüklərin Asiyadan Avropaya Rusiyadan yan keçərək daşınması üçün bərə keçidi və logistik mərkəzlərin tikintisi ilə bağlı planlarını açıqlayıb. Bu barədə azvision.az Rusiya KİV-nə istinadən xəbər verir.
Saakaşvili bildirib ki, Rusiyadan Avropaya yüklər 30 günə daşınır: “Azərbaycan və Gürcüstanın dəniz limanı Potidən Odessaya qədər yüklərin daşınması üçün cəmi 9 gün çəkə bilər. Biznesi bura gətirmək üçün yük daşımalarına tətbiq olunan tarifləri aşağı salmaq lazımdır. Tariflər yüksəkdir. İkincisi isə, bərə keçidləri, logistika mərkəzləri var”.

Gürcüstanın sabiq prezidenti vurğulayıb ki, Odessa böyük potensiala malikdir. Onun sözlərinə görə, artıq bərə keçidi və logistik mərkəzlərinin tikintisinə pul yatırmaq istəyən investorlar da var: “Planların reallaşdırılması üçün Odessa vilayətini korrupsiyadan təmizləmək lazımdır”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1228 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...