Qarabağ münaqişəsi 2018-ci iləd ATƏT-də əsas müzakirə mövzusu olacaq İtaliyanın sədrliyi ilə

Qarabağ münaqişəsi 2018-ci iləd ATƏT-də əsas müzakirə mövzusu olacaq


“Ukraynadakı böhran və ATƏT məkanındakı həlli uzanmış münaqişələr (Dağlıq Qarabağ, Dnestryanı, Abxaziya və Cənubi Osetiya münaqişələri), miqrant və qaçqın axını, Aralıq dənizinin cənub sahillərində olan ölkələrlə gücləndirilmiş tərəfdaşlıq ATƏT-ə sədrliyimiz dövründə gündəliyimizdə əsas yer tutan məsələlər olacaq”.

APA-nın xəbərinə görə, bunu İtaliya xarici işlər naziri Paolo Centiloni ölkəsinin 2018-ci ildə ATƏT-ə sədrliyi zamanı diqqət yetirəcəyi məsələlərlə bağlı danışarkən bildirib. P. Centiloni qeyd edib ki, İtaliyanın ATƏT-ə sədrliyi ilə bağlı qəbul edilən qərar ölkənin Avropada sülh və sabitliyin möhkəmləndirilməsinə fəal şəkildə töhfə verməyə sadiq olduğunu göstərir. Qeyd edək ki, ATƏT-in hazırkı sədri Almaniyadır. Quruma sədrliyi 2017-ci ildə Avstriya, 2018-ci ildə isə İtaliya təhvil alacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
760 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...