Soğanın qiyməti 60 faiz bahalaşıb

  Soğanın qiyməti 60 faiz bahalaşıb

Soğanın qiymətində kəskin artım var.

Gundeminfo.az ATV-yə istinadla xəbər verir ki, cəmi bir ay əvvəl kiloqramı 50 qəpiyə satılan quru soğanı indi ən yaxşı halda 80 qəpiyə almaq olur.
Soğan əkimi ilə məşğul olan fermerlər bildirirlər ki, 2023-cü ildə soğan əkimi çox olub, nəticədə əksər fermerlər məhsulu istədikləri qiymətə sata bilməyib və ziyana düşüblər. Buna görə də 2024-cü ildə daha az məhsul əkiblər.

Fermerlər bildirirlər ki, soğanın qiymətindəki artım da bu il məhsulun daha az əkilməsi ilə bağlıdır.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisadçı deputat Vüqar Bayramov deyir ki, artıma səbəb fermerlərin plansız işləməsidir:
“Aparılan monitorinqlər onu göstərir ki, fermerlər məhsul istehsalını planlaşdıra bilmirlər. Yəni, bu, bəzi məhsulların daha çox istehsal olunmasına, bəzilərinin isə az yetişdirilməsinə şərait yaradır. Belə olduqda isə qiymət artımı və azalması kimi hallar baş verə bilir”.

Kənd Təsərrüfatı Nazirliyindən verilən açıqlamaya görə isə fermerlərə hər hansı planla bağlı əkin tövsiyə edilmir:
“Fermer əkəcəyi məhsulu və onun miqdarını özü planlaşdırmalıdır. Soğanın qiymətinin artmasına səbəb məhsul azlığıdır. Amma bu, müvəqqqətidir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
58 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...