Putin Əliyevdən sonra Sarkisyanla görüşəcək

Putin Əliyevdən sonra Sarkisyanla görüşəcək


Ermənistan prezidenti Serj Sarkisyan avqustun 10-u rusiyalı həmkarı Vladimir Putinin dəvəti əsasında Moskvaya səfər edəcək.

Bu barədə AzVision.az Kremlin rəsmi saytına istinadən xəbər verir. “Danışıqlar zamanı siyasi, ticari-iqtisadi və humanitar sahələrdə qarışlılıqlı əlaqələrin ən yüksək səviyyədə müzakirəsi, həmçinin Avrasiya məkanında inteqrasiya prosesləri diqqət mərkəzində olacaq”, - deyə məlumatda bildirilir.


Məlumata qeyd olunur ki, liderlər bir sıra aktual beynəlxalq və regional problemlər üzrə də fikir mübadiləsi aparacaqlar. Qeyd edək ki, avqustun 8-i Bakıda Azərbaycan, Rusiya və İran prezidentləri - İlham Əliyev, Vladimir Putin və Həsən Ruhaninin görüşü keçiriləcək. Prezidentlər həm ikitərəfli, həm də üç tərəfli formatda görüşəcəklər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
681 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...