Ərdoğan müxalifət liderləri ilə birgə mitinq edəcək

Ərdoğan müxalifət liderləri ilə birgə mitinq edəcək


Bazar günü İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın təşəbbüsü ilə keçiriləcək Demokratiya və Şəhidlər mitinqinə müxalifət liderlərinin də qatılacağı dəqiqləşib

Lent.az sözcü.com.tr-yə istinadən xəbər verir ki, Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalıdan sonra Cumhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu da mitinqə qatılacağını bəyan edib. Bu gün keçirilən toplantıdan sonra CHP lideri mitinqdə iştirak etməklə bağlı qərar verib.

Qeyd edək ki, dünən Türkiyənin baş naziri, hakim Ədalət və İnkişaf Partiyasının sədri Binəli Yıldırım CHP liderinə zəng edərək onu növbəti dəfə mitinqə dəvət etmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
813 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...