Tahir Kərimlini seçki komissiyalarında aldadıblar?

Tahir Kərimlini seçki komissiyalarında aldadıblar?


Vəhdət Partiyası seçki dairə və məntəqələrin formalaşması prosesindən imtina edə bilər. Avrasiya.net-in əldə etdiyi məlumatda belə deyilir. Məlumatda vurğulanır ki, bəzi şəhər və rayonlarda bilərəkdən "Vəhdət”in üzvlərini kənarda qoymağa çalışıldığı görünür. Yerli icra hakimiyyətləri razılaşmaları pozaraq Vəhdət üzvlərini katiblik və hətta üzvlüyünə belə əngəl törədirlər.

Məsələn, partiyanın 41 saylı Seçki dairəsi üzrə nümayəndəsinin MSK ilə razılaşdırılaraq ərizəsi alınmasına baxmayaraq, bu gün məlum olub ki, partiyanın yeganə təmsilçisi 43 saylı dairəyə keçirilib. Məlumatda o da vurğulanıb ki, MSK ilə ilkin olaraq 34 dairə üzvü razılaşdırlmasına baxmayaraq, sonda cəmi 7 nəfər dairə üzvü ola bilib. Bu da partiyanı qane edə bilməz.

Prezidentin siyasi xəttini dəstəkləyən bir təşkilata DSK-da əngəl törətməyə çalışan qüvvələr təbii ki, bu etibarı pozmağa çalışanlardır. Referendum öncəsi siyasi stabilliyi və qarşılıqlı etmadı saxlamaq əvəzinə, belə hərəkətlər normal qarşıanamamalıdır. Türkiyədə paralel dövlətin ölkəyə nə qədər ziyan vurduğunun şahidi olduq. Gülən terror hərəkatının uzantılarının Azərbaycana ayaq açması faktları yoxlanılıdığı zaman bu sayaq davranışlar təəccüb doğurmaya bilməz.

Bu da məlumatın sonunda qeyd edilir. Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
840 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...